...

Heç ailə qurmamaq daha yaxşıdır -müğənni Şəbnəm Tapdıq

Cəmiyyət Materials 21 Fevral 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /müx. TrendLife Safura/

Müğənni Şəbnəm Tapdıq ailə qurmaq haqqında fikirləşmir. 16 yaşından səhnədə olan müğənni ömrünün 27 ilini sənətə həsr edib. "Sizin illəriniz keçir, ailə qurmaq istəmirsiniz?" sualına müğənni belə cavab verdi.

"Hələ çox gəncəm. Əlbəttə ki, ailə qurmaq haqqında fikirləşirəm. Lakin bu o qədər də asan iş deyil. Tez-tez elçilər qapımızı döyür. Amma nədənsə qorxuram. Birdən ailə quraram, həyat yoldaşım məni məyus edər, boşanmalı olaram. Necə deyərlər, bir adım iki olar. Düzdür, hamı deyir ki, ailə, uşaq lazımdır. Bacımın iki övladı var. Onları özümünkü bilirəm. Bütün ömrümü yaradıcılığa həsr etmişəm. Belə insanlarla da çətin ailə qururlar. Öz xalqıma, namuslu adıma, atamın adına hörmət edirəm. Məni elə verilişlərə dəvət edirlər ki, orada açıq-saçıq geyimlər geyinməliyəm, kaprizli müğənni rolunu oynamalıyam. Elə işlər mənlik deyil. Sizə bir sirr də açım ki, son zamanlar yazıçı olmuşam. Şerlər yazmağa başlamışam".

Xəbər lenti

Xəbər lenti