...

Nadir Qafarzadə əməkdar artist olmaq istəyir

Cəmiyyət Materials 23 Fevral 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral/müx. TrendLife Şahin Cavadsoy/

Qısa zaman ərzində milli şou-biznesdə "əjdaha" titulunu qazanmağa müvəffəq olan müğənni Nadir Qafarzadə indi də fəxri ad alan sənətçilərə qoşulmaq istəyir. TrendLife-a danışan Nadir bu niyyətə düşməyinə belə bir şərh verməyə çalışdı: "Gözləyirdim ki, ötən ilin sonlarında ölkə başçısının imzaladığı sərəncamda mənim də adım çəkiləcək. Amma təəssüf ki, bu belə olmadı. Eşitdiyimə görə, Novruz bayramı ərəfəsində cənab prezident imzalayacağı növbəti sərəncamı ilə yenidən incəsənət adamlarını sevindirəcək. Yenə də deyə bilmərəm, həmin siyahıda Nadir Qafarzadə adı və soyadına rast gəlinəcək, ya yox. Amma böyük arzularımdan biridir ki, bu, baş versin. Çünki əməkdar artist fəxri adıyla mükafatlandırılmağı çox arzulayıram".

Xəbər lenti

Xəbər lenti