...

Azərbaycan bu gün tananınmış jurnalist Həci Həciyevlə vidalaşır

Cəmiyyət Materials 24 Fevral 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı. 24 fevral. / Trend / Tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin fəxri sədri Həci Həciyev bu gecə ömrünün 85-ci ilində vəfat edib.

O dünən axşam infarkt keçirib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Həci Həciyev gecə yarısı həyatını dəyişib. Onun dəfn mərasimi bu gün keçiriləcək.

1924-cü ildə fevralın 18-də Bakıda anadan olan Həci Həciyev "Azərbaycan gəncləri" qəzeti, Dövlət televiziya və radio verilişləri şirkətində çalışıb. 1988-2006-cı illərdə Azərbaycan Jurnalistlər Birliyinin sədri olub.

Xəbər lenti

Xəbər lenti