...

Musiqili Komediya Teatrının səhnəsində "Amerikalı kürəkən" tamaşası göstəriləcək

Cəmiyyət Materials 26 Fevral 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Musiqili Komediya Teatrının kollektivi bir neçə yeni tamaşa üzərində işləyir. Teatrın mətbuat-xidmətindən TrendLife-a verilən məlumata görə, hazırda "Amerikalı kürəkən" tamaşası hazırlanır. Pyesin müəllifi Ramiz Mirişli, Marat Haqverdiyev, rejissoru isə İlham Namiq Kamaldır. Rolları Xanım Qafarova, İlham Namiq Kamal, Ramil Qasımov, Fatma Mahmudova, Çingiz Əhmədov və başqaları ifa edəcəklər. Bundan əlavə, teatr truppası "Qızıl axtaranlar" tamaşası üzərində işləyir. Tamaşanın rejissoru Yusif Əkbərovdur. Emma Məlikova, Mehriban Zalıyeva, Fəridə Əliyeva və başqaları əsərdə rol alıblar.

Xəbər lenti

Xəbər lenti