...

Ola bilsin anam üçün özüm mahnı yazdım – əməkdar artist İlqar Muradov

Cəmiyyət Materials 7 Mart 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart /müx. TrendLife Şahin Cavadsoy

Xəbər verdiyimiz kimi, əməkdar artist İlqar Muradov anasını itirdikdən sonra, xatirəsini əbədiləşdirmək məqsədilə analar haqqında mahnı yazılması üçün, bəstəkarlardan birinə müraciət etmək fikrindədir. Amma nədənsə, bu mahnı hələ də onun repertuarına daxil edilməyib. Bunun səbəblərindən danışan Muradov, TrendLife-a söylədi ki, bir sıra bəstəkarlarla bəzi danışıqları olub: "Lakin hələ də konkret olaraq mahnı seçməmişəm. Ola bilsin ki, anam üçün özüm mahnı yazdım. Çünki, övlad kimi bunu özümə ən şərəfli borc bilirəm".

Yaradıcılığındakı susqunluqdan da danışan əməkdar artist, çəkiləcək yeni klipi barəsində də qısaca məlumat verdi: "Sözləri Gülağa Tənhaya, müsiqi isə İqbala aid olan "Vətən ey" mahnısına quruluş verilməsi üçün rejissorlardan birinə müraciət etmək fikrim var. Hüzrlə əlaqədar olaraq bu mahnıya çəkiləcək klip bir az gec ərsəyə gələcək. Sonra Mayestro Ceyhunun "Haqq-oğlu, Heydər-oğlu" musiqi layihəsində çıxış edəcəyəm. Bir faktı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, dövlətə və dövlətçiyə aid olan bütün layihələrdə iştirak edirəm. Əminəm ki, Ceyhunun bu layihəsi də uğurlu alınacaq və tamaşaçılar tərəfindən maraqla qəbul ediləcək".

Xəbər lenti

Xəbər lenti