...

İsraildə çıxış edən müğənniləri şantaj ediblər

Cəmiyyət Materials 12 Mart 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /müx. "TrendLife" Günel Əhmədova/

Xocalı soyqırımı günü İsraildə yaşayan azərbaycanlı ailəsi tərəfindən dəvət alan müğənnilərimiz barədə kifayət qədər mənfi fikirlər söylənilməkdədir. Lakin həmin şəxsin kimliyi bəlli olsa da, onun mövqeyi TrendLife-a edilən zəngə qədər qaranlıq qalırdı. Mikayıl adlı həmin şəxs bizə telefon açaraq hadisəni bu cür izah etdi: "Əvvəla qeyd edim ki, mən İsraildə şəhər deputatı vəzifəsində çalışıram və eyni zamanda DAK-ın üzvüyəm. Azərbaycandan 18 il öncə çıxmağıma baxmayaraq, biz Xocalı soyqırımı və bütün faciələrimizi hər il anır və matəm günü elan edirik. Adıçəkilən müğənnilər bizim ad günü məclisimizdə iştirak ediblər. Burada konsert proqramının təşkil olunması cəfəngiyatdır. Mənim yaxın dostum Tahir müəllimin anasının doğum günü olub və müğənnilərlə birlikdə ayın 27-də bunu qeyd etmişik. Hətta Ruhəngiz xanım səbəbkara bahalı həddiyə də gətirmişdi. Həmin gün axşam saatlarında müğənnilərə bir-birinin ardınca telefon zəngləri gəlməyə başladı. Zənglərin səbəbini öyrənəndə onların şantaj olunduğunu anladıq. Onu da əlavə edim ki, ANS-in "İç xəbər" verilişində məlum məsələ ilə bağlı süjet gedərkən mən şirkətə telefon açdım və efirə qoşulmaq istədim ki, məsələyə aydınlıq gətirim, lakin məni efirə birləşdirmədilər".

Xəbər lenti

Xəbər lenti