...

Ömürlük azadlıqdan məhrum edilmiş məhkumun kamerasından mobil telefon aşkar edilib

Cəmiyyət Materials 27 Mart 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 277 mart / Trend , müxbir K. Zərbalıyeva/ Ömürlük azadlıqdan məhrum edilmiş məhkumun kamerasından mobil telefon aşkar edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən cümə axşamı Trend ə bildirilib ki, Şakir Rzaxanovun kamerasında əməliyyat məlumatı əsasında axtarış-baxış-tədbirləri aparılıb.

Nəticədə iki ədəd təsərrüfat sabununun içərisində gizlədilmiş mobil telefonun tərkib hissələri aşkar edilib.

Cari ilin əvvəlindən narkotiklərin məhkumlara ötürülməsi ilə bağlı 5, mobil telefonlarla bağlı 20 fakt aşkarlanıb.

Qadağan olunmuş əşyalar məhkumlara gətirilən sovqat və bağlamalarda, konserv qutularında, un məmulatlarının, mürəbbə və sirkəyə qoyulmuş tərəvəz qablarının və digər əşyaların içərisində aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti