...

Azərbaycan qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi sahəsində xeyli irəli gedib – vitse-spiker

Cəmiyyət Materials 31 Mart 2008 15:50 (UTC +04:00)
Azərbaycan qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi sahəsində xeyli irəli gedib – vitse-spiker

Azərbaycan, Bakı, 31 mart / Trend ", müxbir İ.Əlizadə/ Azərbaycanda qadınların cəmiyyətə inteqrasiyasının və mövqe tutmalarının qarşısını alacaq hər hansı maneə yoxdur. "Azərbaycanda qadın hüquqlarının təkcə cəmiyyətdə deyil, ailədə də qorunması istiqamətində dövlət orqanları mühüm işlər görür" deyə bazar ertəsi Azərbaycan Parlamentində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda keçirilən dinləmələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Azərbaycan qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub və özünün milli qanunvericilik bazasını yaradıb.

Onun fikrincə, bunun nəticəsində qadınlar cəmiyyətdə kişilərlə bərabər təmsil və təmin olunmaq imkanları əldə ediblər". Qadınların cəmiyyətdə necə təmsil olunmaları isə özlərinin imkan və bacarıqlarından asılıdır. Azərbaycan qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi sahəsində xeyli irəli gedib.

Muradova vurğulayıb ki, Ermənistanının Azərbaycana qarşı törətdiyi təcavüz nəticəsində qaçqın və məcburi köçkünə çevrilən qadınlar müxtəlif zorakılıq və çətinliklərlə üzləşirlər.

Xəbər lenti

Xəbər lenti