...

Həsənağa Turabovla birlikdə epizodik rolda çəkilməyə görə özümü xoşbəxt sayıram-aktrisa Həmidə Ömərova

Cəmiyyət Materials 24 Aprel 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Eldar Hüseynzadə/

Tanınmış xalq artisti Həsənağa Turabovun bu gün 70 yaşı tamam olur. Aktyorun yubileyi artıq aprelin əvvəlində təmtaraqlı şəkildə qeyd edilib. Bu gün isə aktrisa Həmidə Ömərova aktyor haqqında öz fikirlərini TrendLife-la bölüşüb. " Çəkliş meydançasında çox ciddi insan idi. Yadımdadır "Qızıl uçurum" filmində mənim sevgilimin atası rolunda oynayırdı. Çəklişdən sonra biz uşaqlara nəsə mübahisə edirdik. O, isə dəhlizdə sanki bizi görmür kimi sakit oturub, xəyallara dalmışdı. Birdən məndən soruşdu ki, " sən Moskada oxumusan"? Cavab verdim ki, "bəli". "O dəqiqə bilinir ki, Moskva məktəbini bitirmisən". Həsənağa Turabovla birlikdə epizodik rolda çəkilməyə görə özümü çox xoşbəxt sayıram".

Xəbər lenti

Xəbər lenti