...

Əməkdar artist İlqar Muradov bir müddət efirdə görsənməyəcək

Cəmiyyət Materials 25 Aprel 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx. TrendLife Safura/

Əməkdar artist İlqar Muradov bu il anasını itirdikdən sonra nə tədbirlərdə nə də efirlərdə görsənməyib. TrendLife bunun səbəbini aydınlaşdırmaq üçün müğənniyə müraciət edib. Sən demə anasının ölümündən sonra o, dayısını itirib. "Bədbəxtlik məni qarabaqara izləməkdədir. Amma neynəmək olar, həyatdır. Əvvəl anamı, indi də dayımı itirdim. Başım bu işlərə qarışıq olduğu üçün hələlik yaradıcılığım arxa plana keçib"-deyə o, bildirib.

Xəbər lenti

Xəbər lenti