Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Eldar Hüsyenzadə/
Bu yaxınlarda tanınmış aktyor Bəhram Bağırzadəyə rusiyalı prodüser Ruslan Sorokin NTV kanalında "Sən gülməlisən" verlişini aparmağı təklif edib. Ssenariyə əsasən Bəhram sitat gətirməlidir. Bu haqda TrendLife-a Bəhram özü danışıb. "Mənə Dana Borisova ilə birlikdə "Sən gülməlisən" verlişini aparmağı təklif ediblər. Yumor xarakteri daşıyan bu şou həftəlik efirə çıxmalı idi. Təssüf ki, ailə vəziyyətimlə əlaqədar bu layihədən imtina etməli oldum. Başa düşürəm əgər təklifi qəbul etsəydim, Rusiya kanalında ilk azərbaycanlı aparıcı olardım. Lakin sonda isə ilk imtina edən insan oldum".