Azərbaycan, Bakı, 7 may /müx. TrendLife Günel Əhmədova
Uzun aylar davam edən fasilədən sonra Zülfiyyə Xanbabayeva səhnəyə qayıtdı. Müğənninin fasilədən sonra ilk çıxışı İctimai Televiziyanın Heydər Əliyevin yubileyi münasibəti ilə təşkil etdiyi bayram proqramlarının birində təqdim olundu. Zülfiyyə xanımın prodüseri Nigar Hacızadənin TrendLife-a bildirdiyinə görə, müğənninin ata yurdu Quba rayonundur. Müğənni televiziyanı həmin bölgədə təşkil etdiyi proqrama qatılmağa razılıq verib.
N.Hacızadənin əlavəsinə görə, hələki köhnə repertuardan bəhrələnən Zülfiyyə Xanbabayevanın yaxın bir həftə ərzində yeni mahnıları təqdim olunacaq.