...

Pianoçu Murad Hüseynov Türkiyədə imtahan götürməyə gedir

Cəmiyyət Materials 14 May 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /müx. TrendLife Eldar Hüseynzadə/

Əməkdar artist, bir neçə beynəlxalq müsabiqələrin laureatı pianoçu Murad Hüseynov yaxın günlərdə Türkiyəyə yola düşəcək. Səfərinin məqsədini M. Hüseynov TrendLife-a danışıb. "Mən Türkiyənin Edirne şəhərinə master klass verməyə gedəcəm. Bundan əlavə orada pianoçulardan imtahan da götürəcəm. Bunu etməkdə məqsədim son iki-üç ayda türk pianoçuları hansı yeniliklər etməsini bilməkdir. Keçən ildə onlardan imtahan götürmüşdüm. Deyim ki, cavablardan çox narazı idim. Görək bu il onlar nələr ediblər".

Xəbər lenti

Xəbər lenti