...

Azərbaycan Teleradio Şurası idman kanalının açılması ilə bağlı müsabiqənin vaxtını uzadacaq

Cəmiyyət Materials 20 May 2008 11:08 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası idman kanalının açılması ilə bağlı müsabiqənin vaxtını uzadacaq

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Babayev/ Milli Televiziya və Radio Şurası  (MTRŞ) Azərbaycanda idman kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin vaxtını uzadacaq. "Vəziyyət heç də ürəkaçan deyil və müsabiqəyə demək olar ki, heç kəs qatılmayıb. Ona görə də müsabiqənin vaxtı daha bir ay uzadılacaq" - çərşənbə axşamı Trend -a MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq aprelin 21-də idman televiziya kanalının açılması üçün Bakı və Abşeron ərazisində  televiziya üzrə 58-ci tezlik resursuna müsabiqə elan edib.Müsabiqə üçün tələb olunan sənədlər  21 apreldən 21 may tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) MTRŞ-nin inzibati binasında qəbul edilir.

Məhərrəmli deyib ki, indiyə qədər yalnız AzTV MTRŞ-dan müsabiqəyə qatılmaq üçün müvafiq sənədləri götürüb. "Amma həmin televiziya da sənədləri geri qaytarmayıb. Mayın 22-də MTRŞ-nin iclası keçiriləcək və müsabiqənin vaxtı uzadılacaq. Çünki mövçud qanunvericiliyə görə müsabiqədə 3 iddiaçı olmalıdır. Əgər növbəti bir ayda yeni bir ilddaçı olsa müsabiqənin vaxtı uzadılmayacaq" - deyə o bildirib.

Azərbaycanda ümumölkə yayımı üzrə 7 telekanal fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti