Azərbaycan, Bakı, 20 may /müx. TrendLife Günel Əhmədova
Bir vaxtlar Azərbaycan rep səhnəsinin ulduzlarından sayılan qalmaqallı reper Hüseyn Dəryanın efirə qayıdacağı barədə söylədikləri özünü doğrultmayıb. Artıq bir ilə yaxındır reper fanatlarına vədlər verməkdə davam edir. Amma onun dönüşü hələ də reallığa söykənmir. H.Dəryanın TrendLife-a bildirdiyinə görə, tele-kanallar və musiqili proqramlardan dəvətlər alır. Lakin bu dəvətlər onun səhnəyə qayıtmasına stimul vermir:
"Özümü səhnə üçün hazır görə bilmirəm. Ardı-arası kəsilməyən dəvətlər alıram. Amma çox az hallarda efirə çıxıram".
Bunun səbəblərindən danışan reperin etirafına görə, hazırda o, bir sıra problemlər yaşayır. Təfərrüatı ilə danışmaq istəməyən musiqiçi eyni zamanda köhnə problemlərin təsirindən çıxa bilmədiyini də söylədi. Xatırladaq ki, bir neçəay öncə o, yaxınadamlarından birini itirmişdi. Onun ailəsində də problemlərin olduğu bildirilirdi. Buna baxmayaraq, reper yaxın aylar üçün səhnəyə dönüş edəcəyini söylədi.