...

Mətanət İsgəndərli Barış Mançonun mahnısına klip çəkdirəcək

Cəmiyyət Materials 30 May 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx. TrendLife Günel Əhmədova

Əməkdar artist Mətanət İsgəndərli həm ailə məsələlərində, həm də yaradıcılıq planlarında aktif rejimdə çalışır. Qızının toy tədarükü ilə yanaşı, müğənni paralel olaraq bir neçə layihəni gerçəkləşdirməyi düşünür. Mətanət xanımın TrendLife-a bildirdiyinə görə, efirdə az-az görünməyinin səbəbi sadaladıqları məsələlərlə bağlıdır.

Oqtay Kazıminin "Taleyim mənim" mahnısı ilə yaradıcılığına yeni təkan verən müğənni repertuarını bəstəkarın bir çox əsərləri ilə zənginləşdirməyə qərar verib. Bunların birinin ekran versiyası nəzərdə tutulub:

Uzun illərin sevilən mahnılarından olan "Eşqimə şahid zaman"ı mahnı proqramına daxil etmişəm. Yaxın günlərdə mahnının klip çəkilişləri başlayacaq. Düşünürəm ki, ötən illərin mahnıları qədər insanaların ruhuna yaxın olan bəstələr indi yazılmır. Bunu nəzərə alıb, repertuarımı daha çox klassik yaradıcılıq üzərində qururam".

Mətanət İsgəndərlinin klip boğçası təkcə Azərbaycan mahnılarının efir həlli ilə tükənmir. Müğənninin əlavəsinə görə, yaxın günlərdə türk estradasının dəyərli isimlərindən olan Barış Manoçunun "Unutma ki, dünya fani" mahnısına çəkilmiş klipi tele-kanallarda nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti