...

Azərbaycanın futbol klubu "Qalatasaray"ın əfsanəvi futbolçusu ilə transfer danışıqlarına başlayıb

Cəmiyyət Materials 30 May 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi oyunçusu Hakan Şükürlə transfer danışıqlarına başlayıb. Lənkəran klubunun mətbuat xidmətindən Trend -a verilən məlumata görə, artıq klub rəhbərliyi təcrübəli futbolçunun növbəti mövsümdən karyerasını Azərbaycan Premyer-Liqasında davam etdirməsi üçün danışıqlara başlayıb. "Qalatasaray" klubu ilə müqaviləsi başa çatan "Kral" ləqəbli futbolçu yeni müqavilə təklifi almayıb. Bu isə, onun "Xəzər-Lənkəran"la müqavilə bağlamasını mümkün edir.

Şükür futbolçu karyerası ərzində səkkiz dəfə Türkiyə Superliqasının çempionu olmaqla yanaşı, beş dəfə Türkiyə kubokunu, bir dəfə isə, UEFA kubokunu qazanıb. O, 2002-ci ildə keçirilən futbol üzrə dünya çempionatının bürünc medallarına da sahib çıxıb.

"Xəzər-Lənkəran" klubu üç il əvvəl Türkiyə futbolunun digər əfsanəvi futbolçusu Oktay Dərəlioğlu ilə də müqavilə bağlamışdı.

Xəbər lenti

Xəbər lenti