Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu bolqarıstanlı futbolçu Asen Nikolovla transfer danışıqlarına başlayıb. Bu barədə cümə axşamı Trend -a "Qəbələ" klubuna yaxın mənbələr məlumat verib.
Nikolov əvvəllər Azərbaycanın "Turan" və "Bakı" klublarında çıxış edib. O, futbol üzrə Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə "Bakı"nın formasını geyib.
"Qəbələ" klubu yaxın günlərdə "Qarabağ"ın iki futbolçusu - Kənan Kərimov və İrakli Beraya ilə müqavilə bağlayıb. Nikolov "Qəbələ"nin yay transfer dövründə sayca üçüncü yeni oyunçusu olacaq.
Azərbaycan Premyer-Liqasını altıncı pillədə başa vuran "Qəbələ" komandasının baş məşqçisi Ramiz Məmmədovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]