...

Türkiyə klubu azərbaycanlı futbolçu ilə yollarını ayırıb

Cəmiyyət Materials 6 İyun 2008 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu Mikayıl Yusifov Türkiyə çempionatının birinci liqasında çıxış edən "Kartalspor" klubu tərəfindən transferə çıxarılıb. Bu barədə cümə günü Türkiyə mətbuatına "Kartalspor"un baş məşqçisi Mehmet Altbarmaq deyib.

Qapıçı mövqeyində çıxış edən Yusifov Türkiyə klubuna ötən ilin yayında transfer olunub. Azərbaycanlı futbolçu Türkiyədə olduğu müddətdə daha çox ehtiyatda oturması ilə yadda qalıb. O, Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarında da forma geyib.

"Kartalspor"un baş məşqçisi deyib ki, klub növbəti mövsümdə Türkiyə Superliqasına vəsiqə qazanmaq istəyir və bunun üçün on bir yeni oyunçunun transfer olunması nəzərdə tutulub. O bildirib ki, ötən futbol mövsümündə "Kartalspor"da çıxış etmiş futbolçulardan yalnız on biri komandada qalacaq. Türkiyə klubunda karyerasını davam etdirəcək oyunçular arasında azərbaycanlı qapıçının adı olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti