Azərbaycan, Bakı,19 iyun/ Trend / Futbol üzrə Avropa çempionatında Rusiya və İsveç yığmala arasında oyun keçirilmişdir. Oyun Avstriyanın İnsburq şəhərinin Tivoli Neu stadionunda keçirilirdi. Oyunu Frank Blekerenin başçılıq etdiyi belçika hakimləri idarə edirdilər.
Rusiya yığmasının baş məşqçisi oyuna hücumçu qismində Andrey Arşavini, Roman Pavluçenko və Diniyar Bilaletdinovu çıxartmışdır. Yarım müdafiədə kapitanı Serqey Semak, Konstantin Zıryanov və İqor Semşov çıxış edirdilər. Müdafiə xətti Aleksandr Anyukov, Yuri Jirkov, Serqey İqnaşeviç və Denis Kolodin tərəfindən təmsil olunmuşdur. Qapıda İqor Akinfeev durmuşdur.
İsveçin yığması oyuna üç hücumçu çıxartmışdır - Zlatan İbraqimoviç, Yoxan Elmander və Henrik Larssena. Komandanın kapitanı - yarım müdafiəçi Fredrik Yunberq idi. Qapıda Andreas Asaksson durmuşdur.
24-cü dəqiqədə cərimə ötürməsindən topu alan Roman Pavlüçenko zərbə endirdi. Lakin, Andreas İsaksson zərbəni qaytara bilmədi. Hesab 1:0 Qus Xiddinkin yetirmələrinin xeyrinə oldu.
Rusiya yığmasının oyunçuları hücum taktikası ilə və rəqibin qapılırına çox sayda zərbələrin endirilməsi ilə fərqləndilər.
Fasilədən bir qədər sonra Andrey Arşavin Yuri Jirkovun ötürməsindən sonra sveçrələrin qapısına bir qol əlavə etdi. Hesab 2:0 Rusiyanın xeyrinə oldu. Oyunun sonuna dək hesab dəişilmədi. Beləliklə Rusiya yığması Avropa çempionatınn dörddə bir finalına çıxdı.