...

Azərbaycanda qeyri-qanuni ali təhsil almış tələbələrin heç biri magistr pilləsinə qəbul olmayıb – Dövlət Komissiyası

Cəmiyyət Materials 27 İyun 2008 12:25 (UTC +04:00)
Azərbaycanda qeyri-qanuni ali təhsil almış  tələbələrin heç biri magistr pilləsinə qəbul olmayıb – Dövlət Komissiyası

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda qeyri-qanuni ali təhsil almış 700 tələbənin heç biri magistr pilləsinə qəbul olmayıb. Bu barədə cümə günü Bakıda jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Trend -un arayışı: TQDK tərəfindən magistraturaya sənədlərini təqdim etmiş 700 bakalavrın qeyri-qanuni ali təhsil aldığı aşkarlanıb. Onların əksəriyyətinin xaricdəki ali məktəblərdən süni yolla Azərbaycanın ali məktəblərinə köçürülməsi müəyyən olunub.

Abbaszadənin sözlərinə görə, onlardan yalnız bir neçəsi 50 baldan yüksək nəticə əldə edə bilib. "Onlar müsabiqədə iştirak etmək hüququ əldə etsələr də, qəbul olunmayıblar. Belə ki, onların topladıqları ballarla seçdikləri ixtisasların keçid balları üst-üstə düşmür. Həmin tələbələrin ödənişli ixtisaslara qəbul elan olunandan sonra müsabiqədə iştirak edib-etməyəcəyi məlum deyil", - deyə Dövlət Komissiyasının sədri bildirib.

Onun sözlərinə görə, TQDK xaricdəki ali məktəblərdən süni yolla Azərbaycanın ali məktəblərinə köçürülmə faktlarını təqdim etdikdən sonra Təhsil Nazirliyi bu köçürmələrin təbii xaraxter daşıdığını bildirib.

Abbaszadənin qeyd etdiyi kimi, qeyri-qanuni ali təhsil almış tələbələrlə bağlı dövlət rəhbərliyi artıq məlumatlandırılıb.

Trend -un arayışı: Magistraturaya imtahan iyunun 22-də keçirilib, imtahanın nəticələri iyunun 23-də elan olunub. Qeyri-qanuni ali təhsil almış 700 tələbənin dövlət diplomu olduğuna görə, onların magistratuya qəbul imtahanında iştirak etmək hüququ olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti