...

Azərbaycanın şimalında aşkarlanan məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımın nəticəsidir – AŞ PA prezidenti

Cəmiyyət Materials 3 İyul 2008 12:27 (UTC +04:00)
Azərbaycanın şimalında aşkarlanan məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımın nəticəsidir – AŞ PA prezidenti

Azərbaycan, Xacmaz, 03 iyul / Trend , müxbirlər İ.Əlizadə, A.Qafarov/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç hesab edir ki, Azərbaycanın şimalında yerləşən Quba rayonu ərazisində aşkarlanan məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımın nəticəsidir. "Mən bunun kim tərəfindən törədildiyini deyə bilmərəm. Amma bu dəhşətli soyqırımdır və insanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm", - deyə cümə axşamı Qubada tapılan kütləvi məzarlığa baş çəkəndən sonra jurnalistlərə açıqlamasında AŞ PA prezidenti Puç bildirib.

Trend -un arayışı: AŞ PA prezidenti Puç bazar ertəsi Azərbaycana üç günlük rəsmi səfərə gəlib. Puç Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri, müxalifət partiyalarının liderləri, hüquq müdafiəçiləri, prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə ilə görüşüb.

Cümə axşamı AŞ PA prezidenti Puç Azərbaycan parlamentinin sədri Əsədovla birlikdə Azərbaycanın şimal bölgəsinə səfər ediblər. Puç Azərbaycanın şimal bölgəsində yaşayan azsaylı xalqların vəziyyəti ilə tanış olub.

2007-ci ildə Qubada stadion tikintisi zamanı kütləvi məzarlıq aşkar olunub. Araşdırmalar nəticəsində məlumb olub ki, mərazlıqda basdırılan insan qalıqları 1918-ci ildə ermənilər tərəfindən kütləvi şəkildə soyqırıma məruz qalan azərbaycanlılara məxsusdur. İndiyə qədər 190 insana məxsus qalıq aşkarlanıb.

AŞ PA prezidenti qeyd edib ki, məzarlıqda gördüklərindən dəhşətə gəlib. Puç deyib ki, Qubada gördükləri ilə bağlı AŞ PA-da fəaliyyət göstərən xüsusi komissiyaya məlumat verəcək: "Mən komissiyaya məsləhət görəcəm ki, bu əraziyə baxış keçirsinlər".

Azərbaycan parlamentinin sədri Əsədov isə bildirib ki, hər bir azərbaycanlının Qubadakı məzarlığa baş çəkməsi vacibdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti