...

Azərbaycanın futbol azarkeşləri "Neftçi"nin UEFA-İntertoto kubokundakı oyununu pulsuz izləyə bilərlər – klubun vitse-prezidenti

Cəmiyyət Materials 8 İyul 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol azarkeşləri "Neftçi" klubunun UEFA-İntertoto kubokunda Belçikanın "Jerminal" komandası ilə oyununu pulsuz izləyə bilərlər. Bu barədə çərşənbə axşamı Trend -a "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

"Neftçi" UEFA-İntertoto kubokunun ikinci mərhələsinin Belçikada keçirilən ilk oyununda "Jerminal"la görüşdə 1:1 hesablı sərfəli nəticə qazanıb. Bu oyundan sonra Bakı klubunun UEFA-İntertoto kubokunun sonuncu - üçüncü mərhələsinə vəsiqə qazanmaq şansı yetərincə yüksəkdir.

"Neftçi" "Jerminal"la cavab oyununu iyulun 12-də, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Oyun 21.00-da başlayacaq.

Quluzadə deyib ki, azarkeşlərin bu oyuna marağını artırmaq üçün onlara xüsusi güzəştlər edilməsi nəzərdə tutulub. "Azarkeşlərin oyuna marağını artırmaq üçün onların stadiona girişini pulsuz etməyi düşünmüşük. Bu da olmasa, oyunun biletlərinin qiymətləri çox ucuz olacaq", - deyə vitse-prezident əlavə edib.

T.Bəhramov adına stadionda eyni vaxtda 29850 min azarkeş yerləşə bilər.

Vitse-prezidentin dediyinə görə, "Jerminal" klubunun rəhbər şəxsləri və futbolçuları Bakıda çox yüksək səviyyədə qarşılanacaqlar: "Onlar bizi Belçikada yaxşı qarşıladılar. Biz də belçikalılara necə qonaqpərvər xalq olduğumuzu göstərəcəyik".

Xəbər lenti

Xəbər lenti