Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri yığması XXIX Pekin Yay Olimpiya Oyunlarının finalına yüksəlib. Trend -un məlumatına görə, milli komandamız bu uğura 3 halqa və 2 gürzlə proqramı qüsursuz yerinə yetirməklə imza atıb. Vəfa Hüseynova, Alina Tryopina, Valeriya Yeqay, Anna Bitiyeva və Anastasiya Prasolovadan ibarət kollektivin çıxışı 15,875 xalla qiymətləndirilib.
Bundan əvvəl 5 iplə proqramın ifasına görə hakimlərdən 15,575 xal alan komandamız yekunda 12 yığma arasında 8 - ci yeri tutub.
Avqustun 24 - də keçirləcək finalda Olimpiadanın mükafatları uğrunda məhz 8 kollektiv mübarizə aparacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]