...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu çempionata məğlubiyyətlə başlayıb

Cəmiyyət Materials 1 Sentyabr 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin birinci liqa komandası olan "Boluspor" çempionatda keçirdiyi ilk oyunda məğlub olub.

"Boluspor"un "Manisaspor" klubuna 0:2 hesabı ilə məğlub olduğu oyunda Qurbanov əsas heyətdə meydana çıxıb. Azərbaycanlı futbolçu görüşün 78-ci dəqiqəsində komanda yoldaşı tərəfindən əvəzlənib.

Qurbanov "Boluspor" klubunda bu ilin yayından çıxış etməyə başlayıb. O, əvvəllər Türkiyənin Superliqa klublarından olan "Fənərbaxça"da və "Sivasspor"da çıxış edib.

Qurbanov Azərbaycan yığma komandasının üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti