...

Futbol üzrə Azərbaycan komandası bu gün DÇ-2010-nun ilk oyununu keçirmək üçün Uelsə yola düşəcək

Cəmiyyət Materials 4 Sentyabr 2008 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası bu gün saat 14.00-da dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirmək üçün Uelsə yola düşəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Uels-Azərbaycan oyunu Kardiff şəhərindəki "Millenium" stadionunda keçiriləcək. Görüş sentyabrın 6-da, Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Azərbaycan futbolçuları sentyabrın 10-da DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Bakıda Lixtenşteyn millisi ilə qarşılaşacaqlar.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti