...

Azərbaycanlı şahmatçı "Böyük dəbilqə" turnirində növbəti dəfə heç-heçə edib

Cəmiyyət Materials 8 Sentyabr 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirdə keçirdiyi növbəti görüşdə heç-heçə edib.

Ermənistandan olan şahmatçı Levon Aronyanla qarşılaşan Rəcəbov heç-heçə etməklə hesabına bir xal yazdırıb. Bu görüşdən sonra azərbaycanlı qrossmeyster dörd xalla sonuncu yeri tutur.

Hazırda turnirin lideri hesabında doqquz xal olan bolqarıstanlı şahmatçı Veselin Topalovdur.

Rəcəbov növbəti - 6-cı turda Topalovla görüşəcək.

"Böyük dəbilqə" turnirinin mükafat fondu 400 min avrodur. Birinci yeri tutan idmançıya mükafat kimi 150 min avro veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti