Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir R.Ergün/ İspaniyanın məşhur "Real" futbol klubunun almaniyalı baş məşqçisi Bernd Şuster Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-17) üzvlərinə bilet hədiyyə edib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan futbolçuları Şusterin hədiyyə etdiyi biletlərlə sabah Çempionlar Liqası çərçivəsində, Madridin məşhur "Santyaqo Bernabeu" stadionunda keçiriləcək "Real"la Belarusun BATE komandasının oyununu izləyəcəklər.
Azərbaycan millisi sabah həmçinin, "Real" klubunun 17 yaşlı futbolçulardan ibarət komandası ilə yoxlama oyunu keçirəcək.
Hazırda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası İspaniya millisinin bazasında təlim-məşq toplanışındadır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]