...

Azərbaycan Premyer-Liqasının "Bakı" - "Karvan" oyununda səhvə yol verən hakim cəzalandırılacaq – komitə sədri

Cəmiyyət Materials 23 Sentyabr 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov Premyer-Liqanın son turunun oyunlarını idarə edən hakimlərdən razı qalmayıb.

"Son turda hakimlikdən razı qalmadım. Mən o vaxt razı olaram ki, bütün oyunlarda hakimlik yüksək səviyyədə olsun. Amma sizin də bilmədiyiniz çox sayda hakim səhvləri olur ki, mən onları görürəm", çərşənbə axşamı Trend -a Məmmədov deyib.

Azərbaycan Premyer-Liqasının son turunda daha çox "Bakı" - "Karvan" oyunu hakim səhvləri ilə yadda qalıb. Baş hakim Zöhrab Qədiyev səhv edərək, laysman Aydın Ələkbərovun rəyi ilə "Karvan" komandasının qapısına penalti zərbəsi təyin edib. "Bakı" klubunun futbolçusu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

HK sədri bildirib ki, "Bakı" - "Karvan" oyununda yol verdiyi səhvə görə, Ələkbərov cəzalandırılacaq.

"Həmin epizodda baş hakimin heç biri günahı yoxdur. Bu səhvə görə məsuliyyəti Ələkbərov daşıyır. Buna görə də laysman iki, ya da üç oyunluq cəzalandırılacaq", - deyə Məmmədov əlavə edib.

Məmmədov HK-nın sədri vəzifəsinə bu ilin aprel ayında təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti