...

Azərbaycan hökumətinin əsas prioritetlərindən biri qadınların problemlərinin həlli ilə bağlıdır - Heydər Əliyev Fondunun prezidenti (video)

Cəmiyyət Materials 26 Sentyabr 2008 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan hökumətinin əsas prioritetlərindən biri qadınların problemlərinin həlli ilə bağlıdır, - cümə günü Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan qadınlarının III qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu problemlərin həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. "Dövlət Komitəsi qadınlara qarşı ayrıseçkiliyin və gender qeyri-bərabərsizliyinin aradan qaldırılması üzrə fəal iş aparır", - xanim Əliyeva bildirib.

Birinci xanımın sözlərinə görə, qadın Azərbaycan cəmiyyətində mühüm rol oynayır. "Bütün sahələrdə qadınların sayı artır. Azərbaycanda vəzifəli şəxslərin təxminən 40 faizini qadınlar təşkil edir və ildən-ilə sanibkar qadınların da sayı artmaqdadır", - xanım Əliyeva vurğulayıb.

Fondun prezidentinin sözlərinə görə, Azərbaycan cəmiyyətində çatışmazlıqlar da var. "Bəzi ailələrdə qızlara təhsil almaq imkanı verilmir və hesab edirlər ki, onların təhsil almasına ehtiyac yoxdur. Bu acınacaqlı haldır və biz bütün səylərimizi bu problemlərin həllinə yönəltməliyik", - xanım Əliyeva deyib.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bütün qadınlarını cəmiyyətin inkişafı naminə daha fəal olmağa və öz potensiallarından istifadə etməyə çağırıb.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti