...

Azyaşlı oğlunu əcnəbilərə satmaq istəyən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 3 Oktyabr 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr /Trend News, K.Zərbalıyeva/ Azyaşlı oğlunu əcnəbilərə 10 min dollara satmaq istəyən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əmir Bayramovun sədrliyi ilə cümə günü Andrey Ağayevin işi üzrə hazırlıq iclası keçirilib.

Bu ilin martında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Andrey Ağayevi 5 yaşlı oğlunu xarici ölkə vətəndaşına satarkən saxlayıb.

Uşağı almaq istəyən əcnəbilər Ağayevin evində ona 10 min dollar verib oğlu Nikolay Osyamini özləri ilə apararkən polislər tərəfindən tutulublar.

İlkin dindirmə zamanı Ağayev oğlunu maddi imkanının pis olması səbəbindən satdığını etiraf edib.

Ağayevə qarşı Cinayət Məcəlləsinin insan alveri (144-1.3) maddəsi ilə cinayət işi açılıb.

Hazırlıq iclasında iş üzrə məhkəmə baxışının oktyabrın 6-da başlaması qərəra alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti