...

Moskva Dövlət Universitetinin Bakı filialının açılış mərasimi keçirilib (video)

Cəmiyyət Materials 4 Oktyabr 2008 12:35 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialının açılış mərasimi keçirilib (video)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir S.Ağayeva/ Şənbə günü Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının açılış mərasimi keçirilib.

Qırmızı lenti Azərbaycanın təhsil naziri Misir Mərdanov, MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva və Lomonosov adına MDU-nun Bakı filialının həmdirektoru Vitaliy Fedorçuk kəsib.

Mərasimdə Azərbaycan Prezidenti İcra Aparatının Humanitar siyasət məsələləri üzrə şöbə müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, informasiya texnologiyaları naziri Əli Abbasov, turizm və mədəniyyət naziri Əbülfəz Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev və başqaları iştirak edib.

Azərbaycan prezidenti yanvarın 15-də Bakıda Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında sərəncam imzalayıb. Təhsil müəssisəsinin fəaliyyəti MDU-nun tədris planı və proqramına əsaslanır. Dərslər əsasən Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən aparılacaq, məzunlara MDU-nun diplomu veriləcək.

Universitetin Bakı filialında fəaliyyət göstərəcək filologiya, kimya və tətbiqi riyaziyyat fakültələrinin hər birinə 25 nəfər qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti