...

Futbol üzrə Azərbaycan yığma komandasının Finlandiya ilə oynayacaq heyəti açıqlanıb

Cəmiyyət Materials 6 Oktyabr 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının Finlandiya ilə oynayacaq heyəti açıqlanıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması oktyabrın 11-də DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya ilə görüşəcək. Bu, Azərbaycan futbolçularının seçmə mərhələdə keçirəcəkləri üçüncü oyun olacaq.

Yığma komanda əvvəl keçirdiyi iki oyunda Uelsə məğlub olaraq (0:1), Bakıda Lixtenşteynlə heç-heçə (0:0) etmişdi.

Azərbaycan millisinin heyətində Finlandiya ilə görüşdə iki yeni futbolçu mübarizə aparmaq imkanı əldə edəcək. Hər iki yeni futbolçu - Araz Abdullayev və Emin Cəfərquliyev yığmaya "Neftçi" klubundan dəvət olunub.

İsveçin "Degerfors" klubunda çıxış edən Anatoli Ponomaryov da yığma komandaya dəvət olunub.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti