...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu qələbə qazanıb

Cəmiyyət Materials 20 Oktyabr 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin birinci liqa klubu "Boluspor" çempiontda keçirdiyi növbəti oyunda qələbə qazanıb.

Birinci liqanın son turunda "Samsunspor" klubu ilə görüşən "Boluspor" 3:1 hesabı ilə qələbə qazanıb. Oyunda ilk qolu "Samsunspor" vursa da, Qurbanovun komandası rəqib qapısından üç top keçirərək, üç xal qazanmağı bacarıb.

Azərbaycan yığma komandasının da üzvü sayılan Qurbanov meydana sonradan - 83-cü dəqiqədə çıxıb.

Qurbanov "Boluspor"a Türkiyə Superliqasında çıxış edən "Sivasspor" klubundan transfer olunub. O, əvvəllər Türkiyənin "Fənərbaxça", Azərbaycanın "Xəzər-Lənkəran" klublarında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti