...

Azərbaycandakı həbsxanada saxlanılan məhkumlar rəisin fəaliyyətindən narazıdırlar

Cəmiyyət Materials 20 Oktyabr 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / , müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında cəza çəkən bir qrup məhkum həbsxana rəhbərliyinin fəaliyyəti ilə bağlı mətbuata məktub ünvanlayıb.

Bazar ertəsi Trend - a faksla daxil olan məktubda rəis Kazım Abdullayevin həbsxanadakı bir illik fəaliyyəti dövründə müəssisədə baş vermiş ölüm hadisələri və korrupsiya barədə məlumatlar əks olunub.

Abdullayevin rəis olduğu 1 il ərzində həbsxanada 6 ölüm hadisəsinin qeydə alındığını vurğulayan məhkumlar həmin hadisələrin baş verməsində birbaşa rəisin məsuliyyət daşıdığını qeyd ediblər.

Həbsxanada cəza çəkən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabir rəisi, ömürlük azadlıqdan məhrum edilmiş Zakir Nəsirova müəssisə rəhbərliyi tərəfindən imtiyazlı şərait yaradıldığı, məhkumlara verilən görüş və telefon danışıqlarına görə rüşvət alındığı da məktubda xüsusi vurğulanıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məktubda həbsxana rəisinə qarşı ünvanlanmış ittihamları təkzib edib. Sadıqov bildirib ki, məhkumlar həbsxanada yaradılımış qayda - qanundan narahatlıq keçirir və belə yalan məlumatlar yaymaqda məqsədləri Kazım Abdullayevin tutduğu vəzifəsindən çıxarılmasına nail olmaqdır.

Abdullayev ötən il oktyabrın 20 - də həbsxanaya rəis təyin olunub.

Həbsxanada ömürlük azadlıqdan məhrum edilmişlər, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş məhkumlar və məhkəmənin hökmü ilə cəzasının bir hissəsini həbsxanada çəkməli olan məhkumlar saxlanılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti