...

Azərbaycanın maliyyə problemləri olan "Turan" klubunun futbolçuları mükafatsız qalıb

Cəmiyyət Materials 22 Oktyabr 2008 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Turan" futbol klubunun maliyyə problemi ilə üzləşməsi futbolçuların mükafatsız qalmasına səbəb olub.

"Premyer-Liqanın əvvəlində futbolçulara bildirdik ki, sponsor tapılana kimi mükafat olmayacaq və onlar bununla razılaşdılar", Peşəkar Futbol Liqasının (PFL) saytına "Turan" klubunun mətbuat xidmətinin rəhbəri Rasim Əliyev deyib.

Azərbaycan Premyer-Liqasının sonuncu - 8-ci turunda səfərdə "Karvan"la keçirilən oyunun 1:1 hesabı ilə başa çatmasına baxmayaraq, "Turan" klubunun futbolçularına mükafat verilməyib.

Hazırda hesabında iki xal olan "Turan" 14 komanda arasında 13-cü pillədə yer alıb.

Artıq bir neçə ildir ki, maliyyə problemləri olan "Turan"da futbolçuların aylıq məvacibi 100-500 manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti