Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun çıxış etdiyi Rusiyanın "Ural" klubu Yunanıstanda keçirilən klublararası Avropa kubokunun qalibi olub.
Rəcəbovun komandası son turda "Meulheim Nord" klubu ilə görüşərək, 4,5:1,5 hesabı ilə qələbə qazanıb.
Avropa kubokunda Azərbaycanın digər iki şahmatçısı - Vüqar Həşimov İsrailin "Aşdod", Şəhriyar Məmmədyarov isə Makedoniyanın "Alkaloid" klubunun heyətində çıxış edib.
Klublararası Avropa kubokunun nəticələrinə görə, "Aşdod" 8-ci yeri tutsa da, "Alkoloid" ilk onluğa düşə bilməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]