...

Azərbaycanın görkəmli müğənnisi Müslim Maqomayev dünyasını dəyişib

Cəmiyyət Materials 25 Oktyabr 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend Life , müxbir Eldar Hüseynzadə/ Oktyabrın 24-dən 25-nə keçən gecə dünyaşöhrətli ulduz, Azərbaycanın görkəmli müğənnisi, SSRİ-nin xalq artisti Müslim Maqomayev dünyasını dəyişib. Bu barədə Trend Life-a Maqomayevin Bakıdakı rəsmi nümayəndəsi Oleq Əmirbəyov məlumat verib. Sovet estradasının korifey sənətkarı ürək dayanmasından vəfat edib. Son aylarda görkəmli müğənni ürək nahiyəsindəki ağrılarla əlaqədar tez-tez xəstəxanada müalicə alırmış.

Əfsanəvi müğənninin dəfn mərasiminin nə vaxt keçiriləcəyi barədə hələlik heç bir məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti