...

Azərbaycan məhkəməsi Nigeriya vətəndaşlarının da üzvü olduğu mütəşəkkil dəstəyə hökm oxuyub

Cəmiyyət Materials 3 Noyabr 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəməsi Nigeriya vətəndaşlarının da üzvü olduğu mütəşəkkil dəstəyə hökm oxuyub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin bazar ertəsi çıxardığı hökmlə narkotiklərin qaçaqmalçılığında ittiham olunan dəstənin başçısı Namiq Quliyev 14, Nigeriya vətəndaşı Nujidelli Ya Donel 11, Ziyafət Fərəcova 13 il azadlıqdan məhrum ediliblər.

Dəstənin digər üzvləri Amide Sonqari, Pedro Miyel David, Nyuyork Mani və Süleyman Sakonun ittiham olunduğu Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206) və narkotiklərin qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, satışı (234) maddələri cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə (307) maddəsi ilə tövsif edilərək barələrində 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Onların həbsdə olduqları müddət cəza müddətinə hesablanaraq məhkəmə zalından azad ediliblər.

Dəstə üzvləri ötən il dekabrın 5-də Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlar 2 kiloqramdan artıq heroini gömrükdən keçirmək istəyiblər.

Axtarış zamanı Namiq Quliyevin evindən 5 kiloqramdan artıq heroin götürülüb.

Dəsətnin digər üzvləri isə 2 kiloqram yarım heroini satarkən saxlanılıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti