...

Bu gün Türkiyə klubu "Neftçi"nin keçmiş kapitanının transfer olunması üçün rəsmi müraciət edəcək

Cəmiyyət Materials 10 Noyabr 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Boluspor" klubu Rəşad Sadıqovun transfer olunmasını həll etmək üçün bu gün Azərbaycanın "Neftçi" futbol klubuna rəsmi müraciət edəcək. Bu barədə Trend -a Türkiyənin birinci liqasında çıxış edən klubdan məlumat veriblər.

Sadıqov hazırda "Neftçi" klubunun əvəzedici komandasında çıxış edir.

Bir müddət əvvəl Sadıqovla yanaşı beş futbolçu - Georgi Adamiya, Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Levent Kartop və Elnur Allahverdiyev "Neftçi"nin əsas komandasından kənarlaşdırılıb.

Azərbaycan yığma komandasının kapitanı olan Sadıqovun "Boluspor"la 6 aylıq müqavilə bağlayacağı gözlənilir.

"Boluspor"da digər azərbaycanlı futbolçu - İlqar Qurbanov da çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti