...

Azərbaycanın mədəniyyət və turizm naziri ziyalıları intellektual güclərini bir-birinə qarşı yönəltməməyə çağırıb

Cəmiyyət Materials 27 Noyabr 2008 14:11 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri ziyalıları intellektual güclərini bir-birinə qarşı yönəltməməyə çağırıb

Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ziyalıları intellektual güclərini bir-birinə qarşı yönəltməməyə çağırıb.

"Azərbaycan ziyalıları arasındakı ziddiyyətlərdən narahatam. Ziyalılar intellektual gücünü bir-birinə qarşı yox, xarici düşmənlərə qarşı yönəltməlidirlər", - deyə cümə axşamı jurnalistlərə nazir bildirib.

Nazir deyib ki, Azərbaycan elitasına kimlərin aid olmasını xalq hamıdan yaxşı bilir.

"Əminəm ki, lazımsız söhbətlər səngiyəcək və ziyalılar yaradıcılıqla məşğul olmağa başlayacaqlar", - deyə Qarayev bildirib.

Nazirin sözlərinə görə, ləyaqətli xalqı təhqir etmək olmaz. "Hər yaradıcı insanın şəxsi fikrinə hörmətlə yanaşmaq lazımdır və biz bir-birimizə daha böyük hörmət bəsləməliyik", - nazir Qarayev deyib.

Ziyalılar arasında qarşıdurma Azərbaycanın xalq artisti, kinodramaturq Rüstəm İbrahimbəyovun "Pravde.ru"da nəşr olunan müsahibəsindən sonra yaranıb. O, müsahibəsində bildirib ki, bu gün Azərbaycanda milli elita yoxdur və bunsuz ölkənin gələcəyi ola bilməz. Onun bu fikirləri ölkə ziyalıları və parlamentarilər arasında narazılıq yaradıb. Onlar İbrahimbəyovu öz xalqına qarşı hörmətsizlikdə ittiham ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti