...

Futbol üzrə Azərbaycan yığma komandasının Rusiya millisi ilə oyununun vaxtı məlum olub

Cəmiyyət Materials 5 Dekabr 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının Rusiya millisi ilə oyununun vaxtı məlum olub. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

2010 - cu il Dünya Çempionatının (DÇ) seçmə qrup mərhələsində keçirilməsi nəzərdə tutulan Rusiya - Azərbaycan oyunu 2009 - cu il martın 28 - də, Bakı vaxtı ilə saat 18.00 - da başlayacaq.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Oyun Rusiyanın paytaxtı Moskva şəhərinin "Lujniki" stadionunda keçiriləcək.

Rusiya yığma komandasının baş məşqçisi hollandiyalı Qus Hiddinkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti