...

Azərbaycan taekvondoçuları dünya kubokunda dörd medal qazanıblar

Cəmiyyət Materials 10 Dekabr 2008 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan taekvondoçuları Rusiyanın paytaxtı Moskva şəhərində tələbələr arasında keçirilən dünya kubokunda 4 medal qazanıblar. Bu barədə Trend -a Azərbaycan Taekvondo Federasiyanın mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının heyətində çıxış edən Zahid Məmmədov ( 58 kq) bütün görüşlərdə qələbə qazanaraq, dünya kubokunun qızıl medalını qazanıb. Yığma komandanın digər üzvü - Sənan Əsədzadə ( 72 kq) isə gümüş medal əldə edib.

Digər azərbaycanlı idmançılar - Samir Aydınov ( 54 kq) və Bayraməli Vəliyev ( 84 kq) isə üçüncü yerləri tutaraq, bürünc medallar qazanıblar.

Azərbaycan yığması dünya kubokunda komanda hesabında 18 ölkə arasında 5-ci yeri tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti