Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futzal yığmasının baş məşqçisi kimi braziliyalı Joze Da Silva təsdiq olunub, - Trend - un məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib.
2009-cu ilin martında futzal üzrə Avropa Çempionatı (AÇ) seçmə mərhələsinin oyunları keçiriləcək.
AÇ-nin seçmə mərhələsinin oyunları 2009-cu il mart ayının 19-22-də Portuqaliyada keçiriləcək.
Azərbaycan bu turnirdə uğurla çıxışı üçün braziliyalı məşqçi ilə müqavilə imzalayıb.
Abdullayevin sözlərinə görə, braziliyalı məşqçi ilə 4 aylıq müqavilə bağlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]