...

TrendNews İnformasiya Agentliyi "İlin idman agentliyi" nominasiyasının qalibi olub (video)

Cəmiyyət Materials 24 Dekabr 2008 21:41 (UTC +04:00)
TrendNews İnformasiya Agentliyi "İlin idman agentliyi" nominasiyasının qalibi olub (video)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir C.Babayeva/ Gənclər və İdman Nazirliyinin 2008 - ci ilin idman yekunlarına dair çərşənbə günü keçirdiyi tədbirdə Trend İnformasiya Agentliyi "İlin idman agentliyi" nominasiyasının qalibi elan olunub.

"Gülüstan" Sarayında keçirilən tədbirdə 14 nominasiya üzrə qaliblərin adları açıqlanıb. 2008 - ci ilin "İlin komandası" nominasiyasında bədii gimnastika üzrə qrup hərəkət komandası, "Federasiya" - Güləş üzrə Azərbaycan Federasiyası, "Məşqçi" nominasiyasında Ağayar Axunzadə (dzüdo), "İdman veteranı" nominasiyasında Feliks Məmmədov (voleybol), "İdman hakimi" nominasiyasında Hicran Şərifov (güləş), "Jurnalist" nominasiyasında - Gündüz Abbaszadə (ANS TV), "Televiziya kanalı" nominasiyasında - AzTVvə digərləri qalib olmuşlar. Eyni zamanda ilin idman cəmiyyəti nominasiyasına "Neftçi" İdman Sağlamlıq Mərkəzi, ilin idman həkimi Kamil İsgəndərov (cüdo), ilin idman qurğusu Gəncə İdman Olimpiya Kompleksi layiq görülüb. İlin idmançıları nominasiyasında- ilk üçlüyə, Elnur Məhərrəmli (cüdo üzrə Pekin Olimpiadasının qızıl mükafatçısı), Rövşən Bayramov (yunan-roma güləş növü üzrə Pekin Olimpiadaçısının mükafatçısı) və Vitali Rəhimov (yunan-roma güləş növü üzrə Pekin Olimpiadaçısının mükafatçısı)qalib olublar.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vise-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın arxada qalan il ərzində əldə etdikləri nailiyyətlər barədə danışdı və bu istiqamətdə görülən işlərdə ölkə prezidenti və MOK başçısı İlham Əliyevin rolundan danışıldı. Bunun nəticəsi olaraq, azərbaycanlı idmançıları tərəfindən Pekin Olimpiadasında qazanılan medallar oldu.

Tədbirdə Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin nümayəndələri, müxtəlif federasiyaların prezidentləri, idman veteranları, tanınmış idmançılar, olimpiya çempionları və idman üzrə mütiəxəsislər iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti