...

Bakı 2009 - cu il fevralın sonundan İslam dünyasının paytaxtı olacaq

Cəmiyyət Materials 26 Dekabr 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend Life, müxbir Eldar Hüseynzadə /

Bakıya İslam dünyasının paytaxtı adının təqdim edilməsi çərçivəsində ilk tədbir 2009 - cu ilin fevralında keçiriləcək. TrendLife-ın verdiyi xəbrə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə günü nazirliyin cari ilin yekunları üzrə kollegiya iclasında bildirib ki, fevralın 18 -19 - da Heydər Əliyev adına Sarayda dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların iştirakı ilə rəsmi tədbir keçiriləcək. Keçiriləcək görüşlərin əsas mövzusu mədəniyyətlərarası və sivilizasiyalararası dialoq olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti