Azərbaycan, Bakı, 10 fevral /Trend Life, Eldar Hüseynzadə/ "Azərbaycanın xalq artisti İlham Namiq Kamalın (İlham Əhmədov) 60 illik yubileyi mart ayının üçüncü ongünlüyündə, Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində Novruz bayramının qeyd olunduğu günlərdə keçiriləcək. Tədbirin senarisini yazıçı Maarif Məmmədov hazırlayır. Tədbiri gənc rejissor Əsgər Əsgərov səhnələşdirəcək", - Trend Life-a Musiqili Komediya Teatrından bildirilib. Yubiley gecəsi üçün xüsusi sərgi də hazırlanacaq. Sərgini teatrın rəssamları Mirteymur Mirsəlimov və Fərid Nəcəfov hazırlayacaq.
İlham Namiq Kamalın yubileyi münasibətilə çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyi aktyoru rəsmən təbrik edib və onu teatr sənətinin inkişafı sahəsindəki işlərinə görə mükafatlandırıb.
İlham Namiq Kamal Azərbaycanın xalq artisiti, professor, Mədəniyyət və İncəsənət Universitetinin "Estrada sənəti" kafedrasının müdiri, Musiqili Komediya Teatrının aktyorudur. O, "Qaynana", "Maraqlı adam", "Arvad mənim, uşaqlar mənim", "Böyük həyatın akkordları" və başqa filmlərdə çəkilib. "Mozalan" stairik jurnalının yüzdən çox süjetində rol alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]