...

Qafqaz müsəlmanlarının dini lideri islam dünyasını dinlərarası dialoqun inkişafı üçün zəruri tədbirlər görməyə çağıracaq

Cəmiyyət Materials 4 Mart 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir C.Babayeva /

Qafqaz müsəlmanlarının dini lideri Allahşükür Paşazadə Misirdə keçiriləcək dini konfransda islam dünyasını dinlərarası dialoqun inkişafı üçün zəruri tədbirlər görməyə çağıracaq.

Misir prezidenti Hüsnü Mübarəkin sədri olduğu İslam İşləri üzrə Ali Şuranın "İslam fikrinin yeniləşdirilməsi" adlı konfrans martın 5-8-də Misirdə keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) çərşənbə günü yayılan məlumatında bildirilir.  

QMİ sədri Ali Şuranın üzvüdür.

Paşazadə konfransda qloballaşma dövrünün zərərli təsirlərinin qarşısının alınması və dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə məruzə ilə çıxış edəcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti