...

Azərbaycanın Konstitusiya Məhkəməsi hakimlərinin yeni tərkibi təsdiqlənəcək – sədr

Cəmiyyət Materials 24 Aprel 2009 18:23 (UTC +04:00)
Azərbaycanın Konstitusiya Məhkəməsi hakimlərinin yeni tərkibi təsdiqlənəcək – sədr

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Konstitusiya Məhkəməsi (KM) hakimlərinin yeni tərkibi bu il ərzində təsdiqlənəcək.

"Azərbaycan Parlamenti il ərzində Konstitusiya Məhkəməsinin hakimlərinin yeni tərkibini təsdiqləyəcək", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə KM sədri Fərhad Abdullayev bildirib.

Trend -un arayışı: 2008-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin doqquz hakimindən altısının, yəni 1998-ci ildə təyin olunmuş ilk heyətin 10 illik hakimlik dövrü başa çatıb. Milli Məclis "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavə və dəyişiklikləri qəbul edib.

Abdullayev deyib ki, Konstitusiya Məhkəməsinin hakimləri səlahiyyət müddəti bitməsinə baxmayaraq yeni tərkib seçilənə qədər vəzifələrini icra etməyə davam edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti