...

Basketbol üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib

Cəmiyyət Materials 1 May 2009 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A.Hüseynbala / Basketbol üzrə Azərbaycan çempionatının (yüksək liqa) final mərhələsinə cümə günü start verilib. Bu barədə Trend -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Növbəti oyun Bakının "Qala" komandası ilə Naxçıvanın "Araz" komandası arasında mayın 1-də saat 17:00-da Bakı şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

Növbəti oyunlar may ayının 16 və 17-si (2 oyun) Naxçıvan şəhər Olimpiya İdman Kompleksində Qala və Araz komandaları arasında keçiriləcək.

Əsasnaməyə uyğun olaraq 5 görüşdən ibarət olan final mərhələsində 3 oyunda qalib gələn komanda çempionatın qalibi olacaq. Nəzərinizə çatdırırıq ki, "Qala" komandası 18 aprel tarixində keçirilən 1-ci qarşılaşmada qələbə qazanıb.

Qalan 3 oyundan sonra əgər ümumi hesab 2:2 olarsa növbəti oyun may ayının sonunda Zaqatala Olimiya İdman Kompleksində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti